Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir sıra kadr dəyişikliyi edilib. Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, Rəyasət Heyətinin bu gün keçirilən iclasında Azər Cəfərov AMEA Mərkəzi Elmi Kitabxanasının ümumi işlər üzrə direktor müavini vəzifəsindən azad edilib.
Texnika üzrə fəlsəfə doktoru İltifat Kərimov isə Lənkəran Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub.
AMEA Fizika-riyaziyyat üzrə elmlər doktoru Soltan Əliyev AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsindən azad edilib. AMEA-nın müxbir üzvü Vaqif Quliyev AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub.
Filologiya üzrə elmlər doktoru Məhəbbət Mirzəliyeva AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsindən azad edilib. Filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub.
Rəyasət Heyətinin iclasında Baba Əliyevin AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunması təsdiqlənib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR