Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə adıçəkilən qurumun rəhbərliyindən və üzvlüyündən istefa verib. Bu barədə Yusif Bağırzadənin özü APA-ya məlumat verib. O, bunu səhhətində yaranan problemlə əlaqələndirib.
AMİP Siyasi Şurasının üzvü Əli Orucov Yusif Bağırzadənin istefasına münasibət bildirib. O, deyib ki, AMİP sədrinin istefası gözlənilməz addımdır:
"Yusif Bağırzadənin partiyadan getməsindən bizim də xəbərimiz yox idi. Çünki Yusif Bağırzadə bu haqda partiyada heç kəsi məlumatlandırmayıb. Ümumiyyətlə, bu barədə fikirlərini də bölüşməyib. Bu baxmdan onun istefası gözlənilməz addım oldu”.
Əli Orucov qeyd edib ki, Yusif Bağırzadə məsələnin nə yerdə olduğunu detalları ilə ictimaiyyətə açıqlasa, daha yaxşı olar: "Düşünürəm ki, bununla bağlı partiyanın özünün də mövqeyi və açıqlaması olacaq”.
Siyasi Şura üzvü deyib ki, partiya nizamnaməyə görə qurultaya gedib özünə yeni sədr seçməlidir: "Həmin dövrə qədər isə sədr səlahiyyətlərini baş katib icra etməlidir”.
Vətəninfo.az-ın məlumatına görə, Modern.az AMİP lideri Etibar Məmmədovdan da məsələyə münasibət öyrənmək istəyib, amma o, telefon zənglərinə cavab verməyib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL