Vətəninfo.az xəbər verir ki, ötən gün səhər saatlarında ANS TV-nin “Günə Baxan” verilişinin aparıcısı İlqar Mikayıloğlunun qolu sınıb. ANS PRESS-in məlumatına görə, hadisə verilişin anons çəkilişi zamanı baş verib. İlqar Mikayıloğlunun ANS PRESS-ə verdiyi məlumata görə, Pirallahı ərazisindəki çimərlikdə “Günə Baxan” verilişinin anons çəkilişi gedən an ani diqqətsizlik edib. Nəticədə ayağı ilişib və sağ qolu üstdə yıxılıb.
“Mən solaxayam. Yaxşı ki, sağ qolumun üstünə yıxıldım. Əlim biləkdən yuxarı sındı. Əlim çox eybəcər formaya düşmüşdü. Qışqırtım da aləmi bürüdü”, - deyə İlqar Mikayıloğlu bildirib. Aparıcı dərhal Sabunçu rayon xəstəxanasına aparılıb. Həkimlər ona yardım göstəriblər. İndi aparıcının əli 35 gün gipsdə qalacaq. O, birinci gün yenidən həkim müayinəsinə gedəcək.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR