Arif Alışanov baş redaktoru işdən çıxartdı - AzTV-də daha bir kadr dəyişikliyi

Arif Alışanov baş redaktoru işdən çıxartdı - AzTV-də daha bir kadr dəyişikliyi
 "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində daha bir nəfər vəzifəsindən uzaqlaşdırılıb.
QSC-dəki etibarlı mənbələrdəndaxil olan məlumata görə, AzTV-nin Hərbi Vətənpərvərlik redaksiyasının baş redaktoru Firuz Kazımoğlu vəzifədən çıxarılıb.
Qurumun sədri Arif Alışanov F.Kazımoğlunu radionun Xəbərlər redaksiyasında müxbir vəzifəsinə təyin edib. Lakin onun baş redaktorluqdan uzaqlaşdırıldıqdan sonra işə gəlmədiyi bildirilir.
Hərbi Vətənpərvərlik redaksiyasının boş qalmış baş redaktorluq postuna isə
həmin redaksiyanın rejissoru Əlimürsəl Hacızadə gətirilib(aznews.az).

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az