Arvadının qətlinə görə 17 il cəza alan şəxsin apellyasiya məhkəməsi -FOTO
Arvadının qətlinə görə 17 il cəza alan şəxsin apellyasiya məhkəməsi başlayıb
Bakı Apellyasiya Məhkəməsində Famil Əhmədovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Miq.az-ın məlumatına görə, bu ilin aprel ayında Famil Əhmədov münaqişə zəminində həyat yoldaşı Ülviyyə Əhmədovaya çoxsaylı bıçaq
zərbələri vurmaqla, onu qətlə yetirib. Həbs edilən şəxs cinayəti qisqanclıq zəmnində törətdiyini bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Əhmədov 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən məhkum apellyasiya şikayəti verib.
İş üzrə baxış dekabrın 16-na təyin edilib.
Miq.Az