Ata oğlunu bıçaqladı -Salyan şəhərində

Ata oğlunu bıçaqladı -Salyan şəhərində

 Salyanda bıçaqlanma hadisəsi baş verib.

Miq.az "Report”-a istinadən xəbər verir ki, hadisə Salyan şəhər Təvəkkül Sultanov küçəsi, ev 51-də qeydə alınıb.
Həmin ünvanda yaşayan və ruhi xəstə olan Cəsur Zeynalov 21 yaşlı oğlu Fərid Zeynalovun bud nahiyəsinin yuxarı hissəsinə 1 bıçaq zərbəsi vurub. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zərərçəkənə ilkin tibbi yardım göstərildikdən sonra o, ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az