Avtomobilin sürücüsü vəziyyəti nisbətən ağır olan azyaşlını götürərək xəstəxanaya aparıb
Bakının Xətai rayonu ərazisində iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Vətəninfo.az ANS TV-ə istinadən xəbər verir ki, Nobel prospektində qeydə alınmış yol qəzası, ata ilə azyaşlı qızının yolu keçmək istəməsi zamanı qeydə alınıb. Müəyyən edilib ki, “Mercedes” markalı avtomobil şəhərin mərkəzindən Zığ yolu şossesi istiqamətində hərəkətdə olarkən paytaxt sakini Qismət Hacıyevi və onun azyaşlı qızını vurub.
Avtomobilin sürücüsü vəziyyəti nisbətən ağır olan azyaşlını götürərək xəstəxanaya aparıb. Ata Qismət Hacıyevə isə əraziyə cəlb olunmuş təcili tibbi yardım briqadası tərəfindən yardım göstərilib.
Hadisəyə səbəb kimi yüksək sürət göstərilsə də, həmin ərazidə piyada keçidinin olmaması da diqqətə çatdırılıb. Bu əslində ətraf sakinləri də narahat edən məsələlərdən idi. Yol qəzasının təfərrüatlarını isə Xətai RPİ-nin istintaqçıları araşdırır. Artıq sürücü saxlanılaraq ifadəsi alınıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR