Rusiya prezidenti Vladimir Putinin 9 may Qələbə gününün 70-ci il dönümü ilə bağlı məqaləsi dərc olunub.
Vətəninfo.az AzVision.az-a istinadən xəbər verir ki, Putin məqaləsində ailəsindən söz açaraq atasının nasist Almaniyası ilə müharibə vaxtı sualtı donanmada xidmət etdiyini yazıb: “Atam cəbhədə vuruşmaq istəyirdi, amma sualtı donanmada xidmətə çağırılmışdı. Müharibə zamanı ayağından yaralanıb və ona deyiblər ki, ayağını kəsmək lazımdır. Yaxşı bir həkim atamın ayağını xilas edib. Ayağı zədələməsin deyə bomba qəlpəsini çıxarmayıblar və atam ömür boyu ayağında bomba hissəsciyi ilə yaşayıb”.
Putin məqaləsində qardaşından da söz açıb.
“Böyük qardaşım Viktor isə kəşfiyyatda olanda difteriya xəstəliyinə tutulub və ölüb. Bu hadisədən sonra anam tək qaldığına görə atam evə buraxılıb”.
Nasist Almaniyası ilə mübarizədə iştirak edən ana-atasından danışan Putin onların sağ qalmasını möcüzə adlandırıb: “Atam anama görə evə buraxılandan sonra əsa ilə evə gələndə həkimlərin evdən cənazə çıxardığını görür. Yaxınlaşanda isə tabutdakının anam olduğunu bilib və “hələ sağdır!” deyə qışqırıb. Həkimlər isə “yolda ölər”, deyə cavab verib. Həkimlərə mane olan atam anamı tabutdan çıxarıb və o, sağ qalıb. Sonradan atam 1998-ci ilə, anam isə 1999-cu ilə qədər yaşayıb”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR