"Atamın saxlanılması ilə bağlı proseslərdən xəbərim var. Hər şey heç də yazıldığı kimi deyil”.
Vizual.azxəbər verir ki, bunu APA-ya açıqlamasında veteran futbolçu Maşallah Əhmədovun oğlu Tərlan Əhmədov deyib.
Azərbaycanın tanınmış futbolçularından olan Maşallah Əhmədov Binəqədi polisi tərəfindən saxlanılıb. Bakı şəhər sakini Fəqan Cəfərov 2012-ci ildə polisə ərizə ilə müraciət edərək, ona məxsus, Binəqədi-Baksol yolunda yerləşən sexdən Əhmədovun 72 min manat dəyərində üzlük piltə götürdüyünü və pulunu ödəmədiyini bildirib. Polisə daxil olan həmin şikayət əsasında cinayət işi başlanıb. Lakin həmin cinayət işinin başlamasından 3 il keçməsinə baxmayaraq, Əhmədov pulu ödəməyib.
Bu il dekabrın 14-də isə Binəqədi polisinə onunla bağlı daha bir şikayət daxil olub. Bakı şəhər sakini Yusif Əzizov şikayət ərizəsində Maşallah Əhmədovun ondan 105 min manat dəyərində mərmər daşı götürdüyünü, pulunu ödəmədiyini qeyd edib. Əhmədov həmçinin Əzizovdan oğlunu işə düzəltmək adı ilə 15 min manat alıb və vədinə əməl etməyib.
Məsələ ilə bağlı qısa danışan veteran futbolçunun oğlu Tərlan Əhmədov isə ittihamları qəbul etmir. O bildirib ki, atası ilə bağlı iddialar əsassızdır: "Atamı şərləyiblər, qardaş. İstintaqın gedişini gözləyirik. Hazırda başım bu işlərə qarışıb. İstintaq başa çatdıqdan sonra daha ətraflı danışmaq olar”.
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?