Avropa İttifaqı Şurası Rusiya tərəfindən ilhaq edilmiş Krıma qarşı yeni sanksiyaların tətbiqi haqında qərar qəbul edib.
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, yazılı prosedur qaydasında qəbul olunan qərarı Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin mətbuat katibi Maya Kosyançiç açıqlayıb.
M. Kosyançiç Krıma (Sevastopol şəhəri də daxil olmaqla) qarşı sərmayələr, xidmət və ticarət sahələrində əlavə sanksiyalar tətbiq olunduğunu bildirib. O, qərarın Aİ-nin rəsmi jurnalında dərc olunduqdan sonra dekabrın 20-də qüvvəyə minəcəyini deyib: “Avropa İttifaqı bəyan edib ki, Krımın və Sevastopolun ilhaqı qanunsuzdur və beynəlxalq normalara ziddir. Ona görə də biz bu ilhaqa qarşı siyasətimizi sərtləşdiririk”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR