Avstriya İtaliya ilə sərhədə qoşun yığır
Avstriyanın səfiri İtaliya XİN-ə çağırıldı
Avropada davam edən qaçqın böhranı ilə əlaqədar ölkələr arasında gərginlik artır.
Avstriya hökuməti İtaliyadan keçib gələn miqrantların qarşısını almaq üçün sərhəd bölgəsinə qoşun cəlb edir.
Artıq Brenner sərhəd-keçid məntəqəsinə 4 zirehli maşın cəlb edilib.
Bundan başqa, nəvbəti 3 gün ərzində 750 hərbçinin bölgəyə yeridiləcəyi bildirilir.
Bununla əlaqədar olaraq, Avstriyanın İtaliyadakı səfiri izahat üçün Xarici İşlər Nazirliyinə çağırılıb.
İstiPress "qazeta.ru"ya istinadən xəbər verir ki, İtaliya hakimiyyəti Avstriyanı Avropa Şurasının miqrantlarla bağlı qanunu pozmaqda ittiham edir.
Xatırladaq ki, 2016-cı ildə Avstriya hökuməti Brennerdə 400 metrlik divar hörməyi planlaşdırırdı. Lakin, o zaman İtaliya və Almaniya buna qarşı çıxıb.
Miq.az