Vətəninfo.az xəbər verir ki, Göygöl rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün saat 10 radələrində Gəncə-Daşkəsən yolunda, “Mal bazarı” adlanan ərazisində qeydə alınıb.
“VAZ-2106” markalı avtomobillə, Gəncə şəhərinə 7 nömrəli marşrut üzrə işləyən “İsuzu” markalı avtobusun toqquşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, iki nəfər isə ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildiriblər ki, ağır vəziyyətdə gələn bir nəfər də orada dünyasını dəyişib. Ölən və yaralıların kimlikləri məlum deyil.Hadisə ilə bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR