"Lexus”da huşsuz vəziyyətdə tapılan gənc oğlan isə xəstəxanada ölmüşdü
Bir neçə gün əvvəl Bakının Nərimanov rayonunda O.Salamzadə küçəsində huşsuz vəziyyətdə tapılan 19 yaşlı qızdan yeni xəbər var. Vətəninfo.az-ın Lent.az-a istinadla məlumatına görə, həmin küçədəki çoxmərtəbəli binanın həyətindəki qarajda "Lexus” markalı avtomobilin salonunda tapılaraq ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.T 4 gün komada qaldıqdan sonra ayılıb. Bir çox mütəxəssislər gənc qızın bu vəziyyətdə komadan çıxmasını tibbi heyətin uğuru kimi dəyərləndirib. R.T komadan çıxdıqdan sonra ambulator müalicəyə yazılıb və evə buraxılıb.
Qeyd edək ki, avqustun 18-də saat 01:30 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini 22 yaşlı L.Y evlərinin qarşısındakı qarajda olan "Lexus” markalı avtomobilindən R.T ilə birlikdə huşsuz vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Gənc oğlan xəstəxanada ölüb, R.T-nın vəziyyəti ağır olduğundan onun dindirilməsi mümkün olmayıb.
Hadisəyə qapalı şəraitdə saxlanılan avtomobilin kondisionerinin salona vurduğu qazın səbəb olduğu bildirilir.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”