Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Salyan və ətraf 6 rayon üzrə qazısı Hacı Hüsnü Həsənovun evindən külli miqdarda qızıl-zinət əşyaları və şəxsi silahı oğurlanıb.
Vətəninfo.az məlumatına görə, Hacı Hüsnü Həsənov APA-ya deyib ki, yanvarın 31-də səhər saatlarında naməlum şəxs və ya şəxslər pəncərədən evə girib. Oğrular evdən təxminən 100 min manat dəyərində qızıl-zinət əşyaları və rəsmi sənədi olan “Vinçester” markalı silahını aparıblar. Həmin vaxt ailəsi ilə İranda müalicə aldığını deyən QMi nümayəndəsi bildirib ki, hadisə baş verərkən evdə heç kim olmayıb. O, evində nağd pul olmadığı üçün pul oğurluğu olmadığını da bildirib. Hadisə barədə polisə müraciət edən zərərçəkən oğurluq törətmiş şəxslərin tapılması üçün axtarışlara başlandığını deyib.
Hüsnü Həsənov onu da bildirib ki, heç kimlə şəxsi ədavəti, yaxud problemi olmadığı üçün konkret kimdənsə şübhələnmir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR