AZAL-ın dövlət büdcəsinə ödədiyi vəsait azalıb

AZAL-ın dövlət büdcəsinə ödədiyi vəsait azalıb
"Azərbaycan Hava Yolları" QSC (AZAL) üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi ötən il 28 milyon. 827,4 min manat təşkil edib.

Miq.az "Modern.az”a istinadən xəbər verir ki, bu barədə " 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəydə qeyd edilib.

Məlumatda bildirilib ki, ödəniş miqdarı 2014-cü və 2015-ci illərə nisbətən, müvafiq olaraq 14 mln. 252,2 min manat və ya 97,8% artıb və 3 mln. 66,9 min manat və ya 9,6% azalıb.

Hesabat dövründə cəmiyyət üzrə dövlət büdcəsinə olan borcların həcmi 11 mln. 344,2 (99,9%) min manat azalaraq 14,5 min manat, artıq ödəmənin həcmi isə 9 mln. 952,5 min manat artaraq 9 mln. 953,7 min manat təşkil edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az