İyunun 12-də keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasimində komandaların paradı zamanı Azərbaycan bayrağını kimin daşıyacağı müəyyənləşib.
Vətəninfo.az ANS PRESS-ə istinadən bildirir ki, bu qərar rəsmi olaraq gün ərzində ictimaiyyətə açıqlanacaq.
Buro247.az-ın əldə etdiyi eksklüziv məlumata görə, açılış mərasimində Azərbaycan bayrağını cüdo üzrə Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Elmar Qasımov daşıyacaq.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatının gümüş mükafatçısı Elmar Qasımov 2009-cu ildə Ermənistanda keçirilən gənclər arasında Avropa çempionatının qalibidir. İdmançı Mərakəşdə keçirilən "Usta idmançılar arasında" yarışı, Samsunda keçirilən Qrand-pri yarışları və Tibilisidə keçirilən Qrand-pri yarışları da daxil olmaqla 2015-ci ildə üç qızıl medal qazanıb. İyirmi dörd yaşlı idmançı 2015-ci ilin may ayında Bakıda keçirilən Qrand Şlem yarışında gümüş medala sahib olub. 2014-cü ildə Rusiyanın Tümen Şəhərində təşkil olunmuş Qrand Şlem yarışında Qasımov qızıl medal qazanıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL