Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirə 39 idmançı ilə qatılan Azərbaycan millisinin qazancı 6 medal olub.
Həmyerlilərimizdən Orxan Səfərov (60 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vüqar Şirinli (60 kq) və Elxan Məmmədov (100 kq) finalda uduzduqları halda, Kifayət Qasımova (57 kq), Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (81 kq) bürünc medalla kifayətləniblər.
Beləliklə, “Böyük Dəbilqə”ni 1 qızıl, 2 gümüş və 3 bürünc mükafatla başa vuran millimiz komanda hesabında 41 ölkə arasında 4-cü yeri tutub. İlk 3 pillədə isə müvafiq olaraq, Fransa (3-2-2), Hollandiya (2-1-2) və Rusiya (1-2-5) yığmaları qərarlaşıblar.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR