Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi "Azərbaycan Dəmir Yollları" QSC-nin kredit reytinqini "BB+" səviyyəsindən "BB-" səviyyəsinə endirib. Agentlik bu qərarını "Azərbaycan Dəmir Yolları"nın noyabr ayında olan borc ödənişini 3 gün gecikdirməsi ilə əlaqələndirib.
Report xəbər verir ki, gecikdirilməyə səbəb kimi isə Azərbaycan Maliyyə Nazirliyinin quruma ayrılan maliyyə vəsaitinin gec təsdiq etməsi göstərilib. Bununla da, Agentlik "Azərbaycan Dəmir Yolları" ilə Azərbaycan hökuməti arasındakı əlaqəni "çox güclü" səviyyəsindən "güclü" səviyyəsinə endirib.
"S&P", həmçinin qurumun müstəqil kredit reytinqini "bb-" səviyyəsindən "b-" səviyyəsinə endirib və " daha az adekvat" kimi qiymətləndirib. Bununla yanaşı, kredit reytinqi proqnozunun monitorinqini "neqativ" qiymətləndirilib. Bu onu göstərir ki, "Azərbaycan Dəmir Yolları"nın Nazirlər Kabinetinin nəzarətinə keçirilməsi nəticəsində dövlət nəzarətinin azalacağı təqdirdə kredit reytinqinin daha iki pillə azaldılması mümkündür. Bunun qiymətləndirilməsi isə 90 gün davam edəcək.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?