Vətəninfo.az xəbər verir ki, avqustun 27-də İtaliyanın şimalında, Lido adasındakı "Kino sarayı"-ında 71-ci Venesiya kinofestivalının açılış mərasimi baş tutub. Lent.az-ın buro247.az saytına istinadən məlumatına görə, "Berdmen" filminin premyerası ilə başlayan festivalın qırmızı xalısında ekran işinin ulduzları Edvard Norton, Emma Stoun, Emi Rayan, Maykl Kiton və rejissor Alexandro Qonsales İnyarritu ilə yanaşı, moda və incəsənət dünyasının tanınmış simaları görünüblər.
71-ci Venesiya kinofestivalı sentyabrın 6-dək davam edəcək. Bu il əsas baxış müsabiqəsində bütün dünyadan olan rejissorların 20 filmi var. Ekran əsərlərini britaniyalı aktyor Tim Rot, alman rejissor Filipp Qreninq, italiyalı aktrisa Karla Verdone və digərlərinin daxil olduğu 9 münsif qiymətləndirəcək. Münsiflər heyətinə fransalı bəstəkar Aleksandr Depla rəhbərlik edir.
Qeyd edək ki, rejissor Elçin Musaoğlunun çəkdiyi, "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan “Nabat” tammetrajlı bədii filmi də bu festivalda nümayiş olunacaq. Film festivalın əsas müsabiqədən sonra ikinci vacib bölməsi olan “Horizontlar” (Orizzonti) proqramında iştirak edəcək.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR