Azərbaycan İranla sərhədi açır?

Azərbaycan İranla sərhədi açır?

Yüksək vəzifəli rəsmilər arasında danışıqlardan sonra Azərbaycan və İran quru sərhədi boyunca sərnişin daşımalarının bərpası imkanlarını müzakirə edir. Miq.az Axar.az-a istinadən xəbər verir ki, bunu İranın mədəni irs, turizm və əl işləri naziri Rza Salehi Əmiri Ərdəbil bölgəsindən olan parlament üzvləri ilə görüşündə deyib.

 

Nazir bildirib ki, İran Prezidenti Məsud Pezeşkianla birlikdə Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev sərhəddəki vəziyyətə reaksiya ilə bağlı müsbət vədlər verib.

 

Qeyd edək ki, Azərbaycanın quru sərhədləri 2020-ci ilin mart ayından bağlıdır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az