Azərbaycan nefti 52 dollara yaxınlaşır

Azərbaycan nefti 52 dollara yaxınlaşır

Dünya birjalarında neftin qiymətinin bahalaşması davam edir.

Nyu-Yorkun NYMEX (New York Mercantile Exchange) birjasında «Layt» markalı neftin bir barrelinin qiymətinin 1.14 dollar bahalaşdığı bildirilir. «Layt» markalı neft 49.83 dollara satılır.

Londonun ICE (InterContinental Exchange Futures) birjasında «Brent» markalı neftin bir barrelinin qiymətinin də 0.99 dollar artdığı qeyd edilir. «Brent» nefti 51.86 dollar olub.

 «AzəriLayt» markalı neftin bir barrelinin qiyməti isə 0.71 dollar bahalaşıb. Hazırda Azərbaycan nefti 51.98 dollara yüksəlib.

Ötən ay Azərbaycan nefti təqribən 47 dollara satılırdı.
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az