Azərbaycan səfiri etimadnaməsini Trinidad və Tobaqo prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Trinidad və Tobaqo prezidentinə təqdim edib

İqamətgahı Braziliya şəhərində olmaqla, Azərbaycan Respublikasının Trinidad və Tobaqo Respublikasındakı səfiri Elnur Sultanov etimadnaməsini sentyabrın 17-də bu ölkənin prezidenti Antoni Karmonaya təqdim edib.

Vətəninfo.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Trinidad və Tobaqodakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə səfir E.Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Antoni Karmonaya çatdırıb. Səfir həmçinin, Azərbaycan ilə Trinidad və Tobaqo əlaqələrinin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu və iki ölkə arasında energetika, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq üçün imkanların olduğunu bildirib.

Prezident Antoni Karmona səfir E.Sultanova təşəkkür edərək, səmimi salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib. O, həmçinin ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan ilə Trinidad və Tobaqo arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində səfir E.Sultanov Trinidad və Tobaqo Respublikasının Xarici İşlər Nazirliyinin rəsmiləri ilə bir sıra görüşlər keçirib və görüşlər zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az