Azərbaycan təyyarəsinin enişi zamanı qəza yaşandı

Azərbaycan təyyarəsinin enişi zamanı qəza yaşandı
Türkiyədə Azərbaycan Hava Yollarına məxsus təyyarənin enişi zamanı qəza baş verib.
Vətəninfo.az Modern.az-a istinadən xəbər verir ki, Bakıdan gələn "J2-079" səfər saylı təyyarə Atatürk Hava limanına yerli vaxtla saat 18:40-da eniş edib.  
Təyyarə daha sonra Daxili Xəttlər Terminalındakı parking ərazisinə yönəlib.
Bu zaman təyyarəni əlindəki çubuqla istiqamətləndirən Kenan Ecer adlı işçi qəzaya düşüb.  
Onun əlindəki işıqları görməyən mikroavtobusu Eceri vurub. Qəzada Kenan Ecer başından və ayağından yaralanıb. Hadisə yerinə gələn təcili tibbi yardım Ecerə ilk tibbi yardımı göstərib.
Yaralı işçi yaxınlıqdakı dövlət xəstəxanasına aparılıb. Ecerin vəziyyətinin yaxşı olduğu öyrənilib.  


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az