Azərbaycanda 3 uşaq atası stomotoloqun DƏHŞƏTLİ ÖLÜMÜ

Azərbaycanda 3 uşaq atası stomotoloqun DƏHŞƏTLİ ÖLÜMÜ

İsmayıllı rayonunda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, rayonun Cülyan kənd sakini, 1965-ci il təvəllüdlü Bəbirov Çingiz Sidqi oğlu yaşadığı evdə kimyəvi məhlul içib. Ç.Bəbirov qohumlarının köməkliyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ç.Bəbirov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, ali təhsilli stomotoloq olan Ç.Bəbirov 3 uşaq atasıdır. O, evində nitrat turşusu içib və kəskin zəhərlənmə nəticəsində vəfat edib.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az