Azərbaycanda dəhşətli hadisə: ayrılığa dözə bilmədi, özünü güllələdi

Azərbaycanda dəhşətli hadisə: ayrılığa dözə bilmədi, özünü güllələdi

Dünən Bərdə rayonunda baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, rayonun İmamqulubəyli kənd sakini, 1980-ci il təvəllüdlü Şirinov Muxtar Cavanşir oğlu 1 aya yaxın imiş ki, həyat yoldaşı və uşaqlarından ayrı yaşayırmış. Təxminən 1 ay əvvəl onun xanımı ailədaxili məsələlər səbəbindən 3 uşağı ilə birgə Tərtərə ata evinə gedib. Qürurunu sındırıb həyat yoldaşının arxasınca getməyən 36 yaşlı Muxtar doğmalarının da Tərtərə gedib onu dilə tutmasına razılıq verməyib və dünən tüfənglə özünü güllələyərək intihar edib.
 
Silah səsinə ilk olaraq M.Şirinovun qonşuluqda yaşayan baldızı gəlib və onun özünü güllələdiyi məlum olub.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az