Azərbaycanda direktor “zavuç”u döydü - Arvadına görə + Foto

Azərbaycanda direktor “zavuç”u döydü - Arvadına görə + Foto

Ağdamda direktor "zavuç”u döyüb.

Hadisə Səfərli kənd orta məktəbində qeydə alınıb. Belə ki, məktəbin direktor müavini Şirazi Ağayev tarix müəlliməsi Şahnaz Əliyevanın dərsə gəlməməsindən narazılıq edib. "Zavuç” müəllimənin dərsə gəlməmə səbəbini öyrənmək üçün onun həyat yoldaşı Fəqani Səfərovla əlaqə saxlayıb. F. Səfərov isə ona ağır cavab verib. "Gəlməyib yaxşı edib, sənə nə?” deyərək, Ş.Ağayevi hədələyib. Daha sonra isə F. Səfərov direktor müavini ilə "söhbət” etmək üçün Səfərli kənd orta məktəbinə yollanıb. Burada isə kişilərin mübahisəsi böyüyüb. 

Fəqani Səfərov Şirazi Ağayevə hücum çəkərək ona bədən xəsarətləri yetirib. Yaralı Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan saytımıza verilən məlumata görə, ilkin tibbi yardımdan sonra xəstə evə buraxılıb.

Məlumat üçün bildirək ki, Fəqani Səfərov Ağdam rayonunda yerləşən digər məktəbin – Baharlı kənd orta məktəbinin direktorudur./AzNews.az/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az