Azərbaycanda "exchange"lər bağlandı

Azərbaycanda
Azərbaycanda fəaliyyət göstərən banklar filial və şöbələrindən kənarda fəaliyyət göstərən mübadilə şöbələrini ("exchange") bağlayıb.

"Exchange" bazarında aktiv olan banklardan "APA-Economics"ə verilən məlumata görə, bu addım Mərkəzi Bankın İdarə Heyətinin təsdiqlədiyi "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"na əsasən atılıb.

Bu Qaydanın bəndinə əsasən, mübadilə şöbəsi bankın səlahiyyətli idarəetmə orqanının qərarına əsasən bankın özünün, filial və ya şöbəsinin yerləşdiyi ərazi vahidində (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) yaradılır Mərkəzi Bank tərəfindən verilən icazə əsasında fəaliyyət göstərir.

Artıq bu qəbildən olan valyutadəyişmə məntəqələrinin lisenziyası ləğv olunub.

Məsələn, Səməd Vurğun bağı ətrafında yerləşən "exchange"lər artıq bağlanıb.

"Bundan sonra valyuta mübadiləsi yalnız bankların filial və şöbələri daxilində aparılacaq", - deyə bankirlərdən biri qeyd edib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az