Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...

Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
Azərbaycanda ailə quranların sayının kəskin azalması narahatlıq doğurub.

Axar.az xəbər verir ki, bu barədə politoloq Turab Rzayev qeyd edib.

O, bu ilin yanvar-fevral aylarındakı statistikaya - ailə quranların sayının əhalinin hər 1000 nəfərinə nisbətdə 3,2-yə düşməsinə diqqət çəkib və bunu "demoqrafik fəlakət” adlandırıb.

Politoloq bildirib ki, 1000 nəfərə düşən nikah sayı Türkiyədə 6,6, Gürcüstanda 5,9, Ermənistanda 5,1, Macarıstanda 4,9, Almaniyada 4,2, Polşada 3,7, Yunanıstanda isə 3,5-dir.

Avropa ölkələri uzun illərdir ki, nikah sayının aşağı düşməsi, əhali azalmasından əziyyət çəkir. Azərbaycan hətta Avropanın bəzi ölkələrində nikah sayında geri qalır.

Qeyd edək ki, daha əvvəl Azərbaycanda bu səviyyədə nikah azalması olmayıb. Ən aşağı göstərici 1942-ci ildə İkinci Dünya müharibəsinin davam etdiyi və 2020 ildə koronavirus pandemiyasının yayıldığı zaman qeydə alınıb. 1942-ci ildə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,6, 2020-ci ildə isə 3,5 olub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az