“Azərbaycanda kilsəyə rəhbərlik edəcək şəxslər bu ənənəni davam etdirəcək” – Rusiyanın Patriarxı Kirill

“Azərbaycanda kilsəyə rəhbərlik edəcək şəxslər bu ənənəni davam etdirəcək” – Rusiyanın Patriarxı Kirill


Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Azərbaycanı çox sevirdi. O, Azərbaycanı öz vətəni hesab edirdi.

Bu barədə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə bildirib.

Patriarx Kiril mərhumun hər zaman Azərbaycanın maraqlarını müdafiə etdiyini vurğulayıb.

"O, Azərbaycanın xristian kilsəsinin sadiq nümayəndəsi idi. Mən çox ümid edirəm ki, Azərbaycanda pravoslav kilsəsinə rəhbərlik edəcək şəxslər bu ənənəni davam etdirəcək. Mən onlara bu barədə təlimat verəcəyəm və deyəcəyəm ki, Azərbaycanın islam icmasının rus kilsəsi ilə münasibətləri çox yüksək prioritetdir”, – Moskva və Bütün Rusiyanın Patriarxı Kirill qeyd edib.(APA)


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az