Azərbaycanda koronavirusdan ölənlərin sayı 8000-i ötdü

Azərbaycanda koronavirusdan ölənlərin sayı 8000-i ötdü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 530 yeni yoluxma faktı qeydə alınıb, 1 864 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Miq.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 598 503 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 567 385 nəfər müalicə olunaraq sağalıb, 8 004 nəfər vəfat edib, aktiv xəstə sayı 23114 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 863, ötən müddət ərzində isə ümumilikdə 5 621 021 test aparılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az