Azərbaycanda polis əməkdaşı bıçaqlanıb
Hadisə Qusarda olub
Qusarda polis əməkdaşı bıçaqlanıb. İstipress-in şimal bürosu xəbər verir ki, rayon polis şöbəsinin Həzrə bölməsinin əməkdaşı, 36 yaşlı Həmidulla Müzafəddin oğlu Qayıtmazov öz həmkəndlisi tərəfindən bıçaqlanıb. Yaralı polis saat 23:30 radələrində qarın boşluğunda xəsarətlə xəstəxanaya aparılıb.
Hazırda polis əməkdaşı reanimasiya şöbəsində əməliyyat olunur. Qusar Rayon Prokurorluğunda faktın araşdırılmasına başlanıb. Hüquq - mühafizə orqanları hadisə yerindədir.
Miq.Az