Azərbaycandan İstanbula gedən avtomobil Türkiyədə qəzaya uğradı

Azərbaycandan İstanbula gedən avtomobil Türkiyədə qəzaya uğradı

Türkiyədə zəncirvari avtomobil qəzası baş verib. Bu barədə "Habertürk" xəbər yayıb.

Məlumata görə, hadisə Ordu şəhərində, Ordu-Samasun şosesində, Ünyə rayonunda qeydə alınıb. Belə ki, sərnişin avtobuslardanın biri əvvəlcə arxadan digər avtobusa çırpılıb. Həmin nəqliyyat vasitəsi isə öz növbəsində Azərbaycandan İstanbula gedən, 45 yaşlı sürücü Vasya Kozakeviçin idarə etdiyi yük avtomobilinə çırpılıb.

Baş vermiş zəncirvari qəzası zamanı 15 nəfər xəsarət alıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları, xilasedicilər və polis cəlb edilib. Yaralılar Ünyə Dövlət Xəstəxanasına çatdırılıb. Avtobus sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir.

Qəza ilə bağlı araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az