Xalq artisti, tanınmış aktyor Arif Quliyev şou-biznes nümayəndələrinin bir məclisində Publika.az-ın kamerasına tuş gəlib.
Vətəninfo.az xəbər verir ki, Aktyor bir xanımla rəqs etdiyi yerdə görüntülənib. Xanımı qucaqlayıb, onunla rəqs edən xalq artisti əlini də dinc qoymayıb. Rəqsdən sonra Publika.az-ın “Qorxmursunuz xanımınız xəbər tutar?” sualına özünəməxsus yumorla belə cavab verib: “Evdə televizorumuz işləmir. Həm də arvadın belə işlərimdən heç vaxt xəbəri olmur. Bir də ki, haradan xəbər tutacaq? Xəbər tutsa da, işin içindən quru çıxıram. Zarafat edirəm, o, məni yaxşı tanıyır. Heç vaxt qısqanclıqları ilə məni yormayıb. Belə olmasaydı, 35 il mənimlə bərabər yaşamazdı. Gözəl xanımlarla rəqs eləmək qəbahətdir bəyəm?”
“Bəs deyirdiniz ürəyiniz xəstədir, evdən bayıra çıxa bilmirsiniz, amma ortalıqdan çıxmırsınız” zarafatımıza da zarafatla cavab aldıq: “Belə gözəlin qucağında adamın ürəyi xəstə olar? Xəstə-zad deyiləm, mənə böhtan atmayın”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR