Suriyada Bəşər Əsəd rejiminə və şiə yaraqlılara qarşı döyüşən, "əl-Qaidə” şəbəkəsinə bağlı silahlı qrupun komandiri, azərbaycanlı Mahmud Azəri ilk dəfə üzə çıxıb və geniş müsahibə verib.
Onunla müsahibəni "əl-Qaidə”yə yaxın timeturk.com saytının "Furkan Azəri” ləqəbi ilə fəaliyyət göstərən müxbiri götürüb.
Mahmud Azərinin dəstəsi Suriyanın Hələb, İdlib və Lazkiyə əyalətlərinin bir hissəsinə nəzarət edir. O bildirir ki, Bakıda anadan olub, 30 yaşı var. İqtisad Universitetinin məzunudur. Bir müddət ixtisası üzrə işləyib, ancaq universitetdə oxuduğu illərdən İslama meyl edib.
"İslam dünyasında yaşanan zülmləri yaxından izləyirdim. 2009-cu ildə Əfqanıstandakı müsəlmanlara az da olsa yardım edə bilmək üçün ora getdim. Əfqanıstanda 4 ilə yaxın qaldım. Orada olduğum müddətdə "Taliban” hərəkatı ilə birlikdə idim, əlimdən gələn qədər onlara yardım etməyə çalışdım. Oradakı müsəlmanların idarəetmə işlərinə məsuliyyət daşıyırdım. Əfqanıstan bizə çox şey öyrətdi, məktəb oldu” - Mahmud Azəri deyib.
Azərbaycanlı "əl-Qaidə” komandiri deyir ki, Bəşər Əsəd rejiminin müsəlmanlara necə zülm etdiyinə dözə bilməyərək 2013-cü ildə Suriyaya gedərək döyüşlərə qatılmağı qərara alıb: "Biz Suriyaya gələndən qısa müddət sonra İŞİD fitnəsi meydana çıxdı. Əvvəlcə bu oyunlara qoşulmaq istəmədik, müsəlmanlar arasında fitnə yaradanlardan uzaq durmağa çalışdıq. Ancaq zaman keçdikdə İŞİD daha da qəddarlaşdı, biz də onlara qarşı mövqeyimizi müəyyənləşdirdik”.
Mahmud Azəri deyir ki, Azərbaycan da daxil olmaqla xarici ölkələrdən Suriyaya döyüşməyə gedənlərin əksəriyyəti İŞİD-ə qoşulur. Və bunda İŞİD-in media gücünün, təbliğatının böyük rolu var.
"Doğrudan da Suriyada döyüşən azərbaycanlı deyən kimi çoxlarının ağlına ilk növbədə "təkfirçi” və "İŞİD-çi” gəlir. Lakin bu gün Suriyada Azərbaycandan və dünyanın başqa ölkələrindən olan, İŞİD sıralarına qatılmayan yüzlərlə azərbaycanlı da döyüşür”- o deyib.
Suriyada döyüşən azərbaycanlı cihadçıların geri dönərək Azərbaycanda da terror hücumlarına başlayacağına dair narahatlıqlar var. Bəs Mahmud Azəri və tərəfdarları Azərbaycana dönüb "cihada başlamağı” planlaşdırırmı?
Azərbaycanlı "əl-Qaidə” komandiri bu suala cavab olaraq deyib: "Qətiyyən yox. Belə düşüncəmiz qətiyyən yoxdur. Mən Əfqanıstanda 4 il qaldıqdan sonra Azərbaycana geri döndüm, ətrafımda da xeyli tərəfdarım var idi. Ancaq belə şey etmədik. Bizim Azərbaycanla bağlı düşüncəmiz yalnız İslamı onlara anlatmaq, xalqı İslama dəvət etməkdir”.
Virtualaz.org
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ