Azərbaycanlı futbolçu “Spartak”a keçir

Azərbaycanlı futbolçu “Spartak”a keçir
"Zenit”lə müqaviləsi başa çatan və yeni anlaşma imzalamayaraq klubdan ayrılan Ramil Şeydayevin növbəti komandası paytaxt təmsilçisi ola bilər.
 
Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, azərbaycanlı futbolçu "Spartak”la danışıqlar aparır.
 
"Sport Ekspress” nəşri iddia edir ki, 20 yaşlı hücumçu yaxın günlərdə "ağ-qırmızılar”la müqavilə imzalayacaq.
 
Qeyd edək ki, "Zenit”in aşağı yaş qruplarında futbola başlayan Şeydayev ilk dəfə 2014–cü ilin oktyabr ayında əsas komanda ilə oyuna çıxıb. O, Sankt-Peterburq komandasının əsas heyətində cəmi 5 matçda forma geyinib. /APA/

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az