Azərbaycanlı milyarderin oğlu dəmiryolu şirkəti alır

Azərbaycanlı milyarderin oğlu dəmiryolu şirkəti alır
"LUKoil”un rəhbəri və əsas səhmdarı Vahid Ələkbərovun oğlu Yusif "Vestern Petroleum Transporteyşn” (VPT) dəmiryolu operatorunu alır.

Oxu.Az-ın Kommersant-a istinadən verdiyi məlumata görə, bu şirkət 2003-cü ildən bazara girib və uzun zamandır ki, "LUKoil”un törəmə müəssisələri ilə əməkdaşlıq edir. 

Təkcə 2015-ci il ərzində 109 milyon rubl gəliri olub. Şirkətin hazırda 400 dəmiryolu sisterni var və onların hamısı "LUKoil”un törəmə şirkəti – "LUKoil-Transom” tərəfindən icarədədir. 

27 yaşlı Yusif Ələkbərov "LUKoil” şirkətinin 0,13% aksiyasına sahiblik edir. Vahid Ələkbərov 2015-ci ildə bəyan etmişdi ki, oğlu 2-3 ildən sonra sistemdə öz karyerasını quracaq.

Məsələ ilə bağlı Yusif Ələkbərovla əlaqə saxlamaq mümkün olmayıb, "LUKoil” isə xəbərə şərh verməkdən imtina edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az