Azərbaycanlı milyarderin oğlunun 14,5 milyardlıq sərvəti

Azərbaycanlı milyarderin oğlunun 14,5 milyardlıq sərvəti
Ən çox sərvəti olan milyonçu balalarının adları açıqlandı

Rusiyanın ən varlı varisləri müəyyən edilib. İstiPress-in TASS-a istinadla verdiyi məlumata görə, siyahını "Forbes" dərgisi hazırlayıb. Ən varlı gənclərin adının yer aldığı siyahıya ötən il olduğu kimi Azərbaycan əsilli Rusiya milyarderi, "Lukoil"in prezidenti Vahid Ələkbərovun oğlu Yusif başçılıq edir. 

"Siyahıda 20 ailə var. Bu ailələrdə hər uşağa azı 2,3 milyard sərvət düşür. Ailələrdəki uşaqların ümumi sayı 47-dir", deyə nəşr qeyd edib. 
Yusif Ələkbərov 1990-ci ildə anadan olub. Onun mirası 14,5 milyard dollardır. O, ailənin yeganə övladıdır. 

Sonuncu pillədə isə "Alfa bank"ın təsisçisi Pyotr Avenin övladları Denis və Daryadır. Onların hərəsinə 2,3 milyard dollar pul düşür.

Milyarderlərdən 8-nin övladı atasının yolunu davam etdirir. Bunların sırasında Yusif Ələkbərov, Cahangir Mahmudov (İsgəndər Mahmudovun oğlu) , Dmitri Lisin, Kseniya Frank (Gennadi Timçenkonun qızı), Səid Qutsereyev və s. var. 





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az