Azərbaycanlı sahibkar müştərilərini güllələdi

Azərbaycanlı sahibkar müştərilərini güllələdi
Sankt-Peterburqda silahlı insident baş verib.

Rusiya KİV-lərinə istinadən verilən xəbərə görə, 44 yaşlı azərbaycanlı sahibkar müştərilərinə atəş açıb. Ərzaq mağazasının 44 yaşlı sahibi polisə müraciət edərək öz əməlini etiraf edib. O, müraciətində alıcılarla mübahisə zamanı onlara öz silahından atəş açdığını deyib. 

İnsidentin baş vermə səbəbləri araşdırılır. Hadisə yerindən polislər rezin güllələr, şampan butulkası, üzərində qan izləri olan sınmış şüşə və toxunma papaq götürüblər.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az