Xəbər verdiyimiz kimi, bu gün 57 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Yaşar Əliyev ¼ final mərhələsində erməni Qarik Barsekyana qalib gələrək yarımfinala çıxıb.
Sözügedən görüşün AzTV-dən canlı yayımlanmaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub və kanal tənqid atəşinə tutulub.
Onlar yarışın kanal tərəfindən bilərəkdən yayımlanmadığını iddia ediblər.
Məsələ ilə bağlı “Qafqazinfo” dövlət televiziyasının Mətbuat Xidmətinin rəhbəri Xatirə Qasımova ilə əlaqə saxlayıb. O bildirib ki, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsindən ötürülən siqnallar vasitəsilə AzTV və “İdman Azərbaycan” Avropa Oyunlarını canlı yayımlayır: “AzTV və “İdman Azərbaycan” bu prosesə müdaxilə edə bilməz. Bu, bütün dünyada qəbul olunmuş qaydadır. Siqnalın AzTV-nın serverinə ötürülməsi zamanı hansısa gecikmələr və oyunların birbaşa yayımlanmaması mümkündür. Amma güləşçimiz Yaşar Əliyevin erməni rəqibi ilə gorüşü “İdman Azərbaycan” kanalında canlı efirdə yayımlanıb”.
Qeyd edək ki, həmin görüş “İdman Azərbaycan”da saat 12:38-də canlı efirə verilib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL