AZTV əməkdaşının meyiti tapıldı

AZTV əməkdaşının meyiti tapıldı

Dünən axşam saatlarında Bakının Suraxanı rayonunda mənzillərdən birindən meyit tapılıb.

Saat 18 radələrində Yeni Günəşli qəsəbəsi AB yaşayış massivi ev 60, mənzil 21 ünvanından 1965-ci il təvəllüdlü Bağırov Zahid Aydın oğlunun meyiti tapılıb.

Bildirilir ki, Z.Bağırovla əlaqə saxlaya bilməyən yaxınları ondan narahat olub və dünən bacısı onun yaşadığı mənzilə gəlib. Qadın evdə qardaşının meyitini aşkarlayıb və dərhal hüquq-mühafizə orqanlarına bu barədə məlumat verib.

İlkin araşdırma nəticəsində Z.Bağırovun qida borusunun yazvasınan əziyyət çəkdiyi və bu xəstəliyin təsiri ilə vəfat etdiyi müəyyən edilib.

Qeyd edək ki, Z.Bağırov Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AZTV) təcrübəli operatorlarından olub və uzun illər imiş ki, telekanalda işləyirmiş./Lent.az/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az