Milli Məclisin bugünkü iclasında deputatlar qar yağan zaman ölkədə elektrik enerjisi ilə bağlı yaranan problemlərə də toxunublar.
Deputat Elmira Axundova deyib ki, Azərbaycan bölgələri ekstremal hava şəraitinə uyğun deyil: “Salyan, Lənkəran, Cəlilabad və Masallıda elektrik təchizatı ilə bağlı ciddi problemlər yaranıb. Hazırda yenilənmə işləri görülür. Ancaq bu işlər ləng aparılır. Güman edirəm ki, “Azərişıq”ın sədri bu məsələləri nəzərə alacaq və qısa zamanda yaranmış problemləri həll edəcək”.
Deputat onu da deyib ki, qarlı havalar göstərdi ki, rayonların kommunal təsərrüfatı yüksək səviyyədə deyil: “Kəndlərarası, rayonlararası yollarda qar təmizləyən texnikalar yoxdur. Bu səbəbdən bir çox yol nəqliyyat hadisələri baş verir. Bahalı polis maşınları almaqdansa, bu cür texnikalar almaq daha məqsədə uyğundur”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR