Milli Məclisin sədr müavini Bahar Muradova ATƏT Parlament Assambleyasının Vyanada keçirilən qış sessiyası barədə danışıb.
Vətəninfo.az saytı xəbər verir ki, həmin sessiyada Ermənistanın nümayəndə heyəti Azərbaycana qarşı təxribatlara əl atıb. Onun sözlərinə görə, Ermənistan nümayəndələri ATƏT PA-nın qış sessiyasında Xocalı soyqırımı barədə danışarkən Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovu ittiham ediblər: “Onlar iddia edirdi ki, Xocalı soyqırımının günahkarı guya Azərbaycan xalqıdır. Bilirsiniz, bunun səbəbi nədir? Bizim bəzi siyasətçilər nə danışdıqlarına fikir vermirlər. Ermənilər də bundan bizim özümüzə qarşı istifadə edir”.
Vitse-spiker deyib ki, deputatlar, siyasətçilər xüsusilə Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı açıqlamalar verməlidirlər: “Biz Ermənistanın işğalçı olduğunu, torpaqlarımızı işğal etdiyini dünyaya tanıtmalıyıq. Başqa daxili məsələləri özümüz burda da müzakirə edirik”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR