Bakı Metropoliteninin ikinci xətti açıldı
Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının təmirə bağlanan ikinci xətti açılıb.
Vətəninfo.az-ın Report-a istinadən xəbərinə görə, bu gün səhər saatlarından stansiyanın ikinci xətti sərnişinlərin istifadəsinə verilib.
"Bakı
Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev
məlumatı təsdiqləyib. O bildirib ki, qatarlar arasında interval da
əvvəlki vəziyyətə qaytarılıb, yəni, 10 dəqiqədən 8 dəqiqəyə qədər
azaldılıb.
Qeyd edək ki, fevralın 9-da bağlanan xəttin bu ilin
sonuna qədər açılması planlaşdırılırdı, lakin təmir işləri vaxtından
qabaq yekunlaşdırılıb.
Xatırladaq ki, bundan əvvəl də hər iki
xətt mütəmadi istifadə olunmurdu, bir xətdən gələn qatar digəri ilə yola
salınırdı. Tunel boya işləri və korroziyanın yol açdığı bəzi
problemlərlə əlaqədar sağlamlaşdırma işləri üçün bağlanmışdı.