Bakıda 42 yaşlı kişi özünü asdı

Bakıda 42 yaşlı kişi özünü asdı
Bakıda intihar hadisəsi baş verib.

Bu barədə Trend-ə Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə noyabrın 9-da axşam saat 22 radələrində baş verib. 1974-cü ildə Bərdə rayonunda anadan olmuş Mustafayev Nicat Qubuş oğlu paytaxtın Nərimanov rayonu, Nərimanov küçəsi 2 ünvanındakı həyətdə özünü asaraq intihar edib.

Faktla bağlı Nərimanov Ryon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırmalar aparılır.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az