Bakıda arvadını öldürmək istəyən şəxs həbsdən azad edildi - Hökm

Bakıda arvadını öldürmək istəyən şəxs həbsdən azad edildi - Hökm
Bakıda həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən Mehman Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Mehman Süleymanovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilib. Ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, zərərçəkmiş Əfsanə Məmmədova ifadəsində zərərçəkmişlə barışdığını, onu bağışladığını, şikayət və tələbinin olmadığını deyib.
İttihama görə, hadisə Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivində qeydə alınıb.
1986-cı il təvəllüdlü Əfsanə Məmmədova əri Mehman Süleymanov tərəfindən bıçaqlanıb.
Döş qəfəsindən daxilə nüfuz edən ağır xəsarət alan 33 yaşlı qadın Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Həkimlərin səyi nəticəsində qadının həyatını xilas etmək mümkün olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Mehman Süleymanov saxlanılıb.
Xatırladaq ki, cütlüyün üç azyaşlı övladı var.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az