Bu gün axşam saatlarında Bakıda daha bir avtobus qəzası baş verib.
Vətəninfo.az Publika-ya istinadən xəbər verir ki, saat 21:00 radələrində 92 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu qoşqulu yük maşını ilə toqquşub. Nəticədə sürücü də daxil olamqla bir neçə nəfərin yaralandğı bildirilir.
Şahidlərin Publika.az-a verdiyi məlumata görə, təqsir avtobus sürücüsündə olub. Avtobus yüksək sürətlə hərəkət etdiyindən, eyni zamanda ara məsafəsigözləmədiyindən toqquşma baş verib.
Hadisə yerinə yol patrul xidməti əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.Yaralıların sayı və şəxsiyyıəti barədə hələlik dəqiq məlumat açıqlanmayıb.
Binəqədi rayon Polis İdarəsindən bildirilib ki, hadisə nəticəsində 5 nəfər -52 yaşlı Əmrahova Zemfira Mədət qızı, 21 yaşlı İsmayilov Huseyin Mübariz oğlu, 21 yaşlı Məmmədova Zərifə Bəhlul qızı, 27 yaşlı Zeynalova Günay Bilal qızı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR