Bakıda avtobusla yük maşını toqquşdu - yaralanan var

Bakıda avtobusla yük maşını toqquşdu - yaralanan var

Bakıda yol qəzası baş verib.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının  Suraxanı rayonunda "Shacman” markalı yük avtomobili ilə  "Daewoo” markalı avtobus toqquşub. Nəticədə yük avtomobilində olan 1 nəfər xəsarət alıb.
 
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az