Bakının Xətai rayonunda minik maşını körpüdən aşıb.
Vətəninfo.az APA -ya istinadən xəbər verir ki, hadisə Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsindəki körpüdə qeydə alınıb.
Belə ki, Yusif Səfərov küçəsi ilə hərəkət edən “BMW” markalı avtomobilin sürücüsü körpüyə daxil olan zaman idarəetməni itirərək maşını əvvəlcə körpünün kənarlarındakı maniyəyə çırpıb. Ancaq sürət yüksək olduğundan avtomobil körpüdən aşıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. “BMW” markalı avtomobilə ciddi ziyan dəyib.
Hadisədən sonra sürücü maşını tərk edərək ərazidən uzaqlaşıb. Qəza ilə bağlı yolda nəqliyyatın hərəkətində sıxlıq yarandığından hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Yolda nəqliyyatın hərəkəti normala qayıdıb. Faktla bağlı Xətai Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR