Bakıda dəhşət-670 bal toplayan tələbə intihar etdi

Bakıda dəhşət-670 bal toplayan tələbə intihar etdi

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Miq.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Hüseyn Maarif oğlu özünü Nizami rayonu ərazisində yerləşən tələbə yataqxanasının 11-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.

Qeyd edək ki, H.Abbasov 4-cü kurs tələbəsi olub, o, ali məktəbə qəbul olarkən 670 bal toplayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

H. Abbasovun atası sputnik.az-a açıqlama verib. O, bildirib ki, oğlunun bir neçə fəndən kəsirləri olub. Ata istintaqa deyib ki, oğlu əlaçı tələbə idi: "Bizə birdən məlum oldu ki, onun 6 fənnin 4-dən kəsiri qalıb. Və uşaq bunun üçün çox həyəcan keçirirdi".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az