Bakıda DƏHŞƏT: qardaş bacısını öldürdü

Bakıda DƏHŞƏT: qardaş bacısını öldürdü
Bakıda qətl törədilib.
 
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon sakini Sayid Abas oğlu Bayramov bacısı, 1977-ci il təvəllüdlü Xanım İslamovanı bıçaqlayaraq öldürüb. S. Bayramov hadisəni törətdikdən sonra qaçıb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, iyulun 12-də saat 6 radələrində Yasamal rayonunun 1-ci Alatava yaşayış sahəsində Xızı rayon sakini Xanım Bayramovanın kirayədə yaşadığı evdə qardaşı, əvvəllər məhkum olunmuş Səid Bayramov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.
 
X.Bayramova xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölüb.  
     
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Bayramov Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə təhvil verilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az